Avropa Olimpiya Təsnifat Turniri: Qadın güləşçilərimiz mübarizəyə başlayır
Bu gün qadın güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayır.
Sportline.az xəbər verir ki, yığmanın heyətində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (78 kq) 1/8 finaldan, Tatyana Omelçenko (76 kq) isə 1/4 finaldan yarışa qoşulacaq.
53 kq
1/8 final: Leyla Qurbanova - Timea Şeker (Macarıstan)
57 kq
1/8 final: Alyona Kolesnik - Evelina Nikolova (Bolqarıstan)
62 kq
1/4 final: Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) / Sara Da Kol (İtaliya)
68 kq
1/8 final: Elis Manolova - İlana Kratiş (İsrail)
76 kq
1/8 final: Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya)
Yarış Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Yarımfinallar isə saat 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər. Təsnifat turniri martın 21-də başa çatacaq.
Qeyd edək ki, bu gün eyni zamanda kişi sərbəst güləşçilər arasında medal görüşləri baş tutacaq. Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) qızıl, İslam Bazarqanov (57 kq) və Camaləddin Məhəmmədov (125 kq) bürünc medal uğrunda mübarizə aparacaq. Abubakr Abakarov (86 kq) isə təsəlliverici görüşə çıxacaq.