Azərbaycanın daha bir güləşçisi karyerasını bitirib

Azərbaycan sərbəst güləşçisi Aleksandr Qostiyev karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, təcrübəli idmançı 33 yaşında güləşlə vidalaşmaq qərarına gəlib.

Qeyd edək ki, Aleksandr Qostiyev 2011-ci ildən Azərbaycan yığmasının uğurları üçün çalışıb. Qostiyev bu müddətdə bir sıra beynəlxalq turnirlərdə qızıl medal qazanıb. O, 2012-ci il Avropa çempionatında bürünc, 2016, 2017 və 2018-ci illərdə isə gümüş medala sahib olub.

Xatırladaq ki, daha əvvəl Cəbrayıl Həsənov karyerasını başa vuraraq məşqçiliyə başlayıb.