Çimayev növbəti döyüşə belə hazırlaşır

Məşhur MMA döyüşçüsü Həmzət Çimayev növbəti döyüşə hazırlaşır.

Sportline.az xəbər verir ki, ortaçəkili UFC döyüşçüsünün rəqibi sabiq çempion Robert Uittaker olacaq.

Böyük maraqla gözlənilən qarşılaşma iyunun 22-də Səudiyyə Ərəbistanında keçiriləcək.

Çimayev döyüşə hazırlığını əks etdirən fotoları X sosial şəbəkəsindəki hesabında "22 iyunda görüşərik" başlığı ilə paylaşıb.