Cokoviç 100-cü titulun astanasında

Dünya tennisinin liderlərindən olan Novak Cokoviç karyerasında 100-cü titulu qazanmağa yaxındır.

Sportline.az xəbər verir ki, serbiyalı tennisçi bu uğura Şanxayda keçirilən Masters seriyalı turnirdə imza ata bilər.

Novak bu gün yarışın finalına yüksəlib. O, 1/2 finalda ABŞ-li Teylor Fritsə 6:4, 7:6 (8:6) hesabı ilə qalib gəlib.

Digər yarımfinal matçında isə dünyanın 1 nömrəi raketka ustası Yannik Sinner çexiyalı Tomaş Maxaçı üstələyib - 6:4, 7:5.

Beləliklə sabah keçiriləcək finalda Novak Cokoviçlə Yannik Sinner münasibətləri aydınlaşdıracaq.