"Hazırkı planlarım yalnız zövq almaqdır"
Dünya tennisinin liderlərindən olan Novak Cokoviç gələcək planlarından söz açıb.
Sportline.az xəbər verir ki, serbiyalı idmançı Çində keçirilən turnirdə iştirakını təəccüblə qarşılayan jurnalistlərin suallarını cavablandırıb.
"Hazırkı planım yalnız karyeramdan zövq almaqdır. Ümumiyyətlə həyatdan mümkün qədər zövq almağa çalışıram. Bunu balanslaşdırmağa çalışıram ki, həyatla karyera bir-birinə mane olmasın", deyə Cokoviç düşüncələrini bölüşüb.
Qeyd edək ki, 37 yaşlı serbiyalı tennisçi karyerasını bitirdikdən sonra da idmandan ayrılmayacağını bildirib.