Daha 2 güləşçimiz çempion oldu

Azərbaycanın iki sərbəst güləşçisi Abubakr Abakarov (86 kq) və Əşrəf Aşırov (79 kq) Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında qızıl medal qazanıblar.

Sportline.az xəbər verir ki, idmançılarımız finalda Rusiya təmsilçilərinə qalib gələrək turnirin qalibi olublar.

Qeyd edək ki, hazırda ölkəmizin aktivində 6 qızıl, 2 gümüş və 11 bürünc medal var