Daha 4 güləşçimiz mübarizəyə qatılır

Qazaxıstan paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında, bu gün Azərbaycanın son 4 sərbəst güləşçisi mübarizəyə qatılacaq.

Sportline.az xəbər verir ki, olimpiya çəkilərində ilk görüşlər təsnifat, qeyri-olimpiya çəkilərində isə 1/8 final mərhələsindən başlanacaq.

61 kq

1/8 final. Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriges (Kuba)

79 kq

1/8 final. Cəbrayıl Həsənov - Andrey Sokalski (Polşa) / Dmitri Tkaçenko (Ukrayna) cütünün qalibi

86 kq

Təsnifat. Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan)

97 kq

Təsnifat. Şərif Şərifov - Minvon Seu (Cənubi Koreya)

Qeyd edək ki, hələlik Azərbaycan sərbəst güləşçiləri dünya çempionatında nə medal, nə də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazana biliblər. Qadın güləşində Mariya Stadnik (50 kq) dünya çempionluğu və olimpiadaya vəsiqə, yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələnib.