Daha bir güləşçimizdən bürünc medal

Azərbaycanın daha bir qadın güləşçisi "Minsk 2019" II Avropa Oyunlarında medal qazanıb.

Sportline.az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan Alyona Kolesnik bürünc medal uğrunda görüşdə Gün Bediha (Türkiyə) ilə qarşılaşıb. 9:4 hesabı ilə rəqibini məğlub edən idmançımızbürünc medala sahib olub.

Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) də qızıl medal qazanıb.