Daha iki idmançımız Dünya çempionatında mübarizəyə qoşulur
Bu gün daha iki qadın güləşçimiz Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda mübarizəyə qoşulacaq.
Sportline.az xəbər verir ki, 57 kq çəki dərəcəsində Alyona Kolesnik 1/8 finalda İndoneziya təmsilçisi Anşu Anşu ilə üz-üzə gələcək.
65 kq-dakı Elis Manolova isə yarışa 1/4 finaldan başlayacaq. O, moldovalı İrina Rinqaçinin müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, qadın güləşçilərdən Tatyana Omelçenko (62 kq) 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya uduzaraq mübarizəni dayandırıb. Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc medal əldə edib.