DÇ: Daha dörd güləşçimiz mübarizəyə başlayır

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləş üzrə 57, 65, 79 və 92 kq çəki dərəcələrində mübarizəyə start veriləcək. 

Azərbaycan təmsilçilərindən Əfqan Xaşalov (57 kq) startda meksikalı Alexandro Blanko, Əli Rəhimzadə (65 kq) cənubi koreyalı Yunsik Yun, Əşrəf Aşırov (79 kq) slovakiyalı Axşarbek Qulayev, Osman Nurməhəmmədov (92 kq) hindistanlı Prutviraj Patil ilə üz-üzə gələcək. Rəhimzadə yarışa 1/16, digər üç güləşçimiz r1/8 finaldan başlayacaq.

Mundialın ilk günündə mübarizəyə qoşulan təmsilçilərimizdən Abubakr Abakarov (86 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 10-da yekun vurulacaq.