Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə qatılacaq
Azərbaycanın yunan-Roma güləşçi Murad Məmmədov Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı Fərdi Dünya Kubokunun qalibi Jolaman Şarşenbekovla (Qırğızıstan) üz-üzə gəlib.
Məmmədov rəqibinə 2:4 hesabı ilə məğlub olub. O, sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.
Murad Lokyayevin (97 kq) 1/8 finalda uduzduğu Vilius Laurinaitis (Litva) növbəti mərhələdə məğlub olduğundan Azərbaycan təmsilçisi medal şansını itirib.