Dünya çempionatı: Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın iki yunan-Roma güləşçisi Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinala yüksəlib.

Sportline.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli ardıcıl olaraq Koriun Sahradian (Ukrayna) və Sardarbek Konuşbayevi (Qırğızıstan) məğlub edib.

O, finala gedən yolda Ken Matsui (Yaponiya) ilə üz-üzə gələcək.

Ülvü Qənizadə (72 kq) İdris İbayev (Almaniya) və Şmaqi Bolkvadzedən (Gürcüstan) güclü olsa da, Məhəmməd Muxtari (İran) ilə bacarmayıb.

77 kq-dakı Sənan Süleymanov Kayratbek Tuqolbayevə (Qırğızıstan), Daler Rzazadəyə (Tacikistan) və Roland Şvarts (Almaniya) qalib gəlib. O, yarımfinalda Tsimur Berdyieu (Belarus) ilə görüşəcək.

Tokio olimpiadasının bürünc mükafatçısı Rafiq Hüseynov isə Ranet Kaljola (Estoniya), Kalidin Asikayev (Qırğızıstan) və Aleks Kessidisə (İsveç) qalib gələrək adını yarımfinala yazdırıb və Adlan Akiyevə (Rusiya) rəqib olub.

Xatırladaq ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.