Dünya çempionatında çıxış edəcək Azərbaycan güləşçiləri açıqlanıb
Oktyabrın 2-də Norveçin paytaxtı Osloda start götürəcək güləş üzrə dünya çempionatı üçün Azərbaycan milli komandalarının heyətləri açıqlanıb.
Sportline.az xəbər verir ki, 9 gün davam edəcək yarışda ölkəni hər 3 güləş növü üzrə yığmalar təmsil edəcək.
Yarışın ilk günlərində baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Əfqan Xaşalov (57 kq), Kənan Heybətov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (70 kq), Coşqun Əzimov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və İslam İlyasov (97 kq) yer alıb.
Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında 3 qadın güləşçi - Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (65 kq) dünya çempionatına qatılacaq.
Çempionatın sonlarına doğru yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) çıxış edəcək.
Qeyd edək ki, I-S kateqoriyalı hakim Asif Şirəliyev dünya çempionatında ədaləti qoruyacaq.