Ən az iki oyunu buraxacaq
İngiltərə millisinin müdafiəçisi Ris Ceyms DÇ-2026-da ən azı qarşıdakı iki oyunu buraxacaq.
Sportline.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Sağ cinah müdafiəçisi hazırda dizaltı vətərindən aldığı zədədən sonra bərpa prosesi keçir. O, iyunun 23-də Qana ilə keçirilən matçdan sonra əzələsində gərginlik hiss etdiyini bildirib. Futbolçu cümə günü keçirilən məşqdə də komanda ilə birlikdə iştirak etməyib.
İngiltərə millisinin baş məşqçisi Tomas Tuhel təsdiqləyib ki, Ceyms komanda ilə birlikdə Nyu-Yorka yollanmayıb. İngiltərə millisi bu gün DÇ-2026-nın növbəti oyununda Panama ilə qarşılaşacaq.
Bundan başqa, İngiltərə millisi pley-offa yüksələcəyi halda, müdafiəçi 1/16 final görüşünü də buraxacaq.