Erməni dünya çempionu dopinqə görə cəzalandı
Rusiya Antidopinq Agentliyi (RUSADA) ağırlıqqaldırma üzrə Avropa çempionatının mükafatçısı Razmik Unanyanı 4 il müddətinə diskvalifikasiya edib.
Sportline.az xəbər verir ki, buna erməni əsilli idmançının antidopinq qaydalarını pozması səbəb olub.
Unanyanın cəzası 8 iyun 2020-ci ildən hesablanır. 27 yaşlı ağırlıqqaldıran Ümumrusiya Antidopinq qaydalarının müvafiq bəndini ("İdmançıdan götürülmüş dopinq-testdə qadağan olunmuş substansiyanın və ya onun metabolitlərinin və ya markerlərinin mövcudluğu") pozmaqda günahlandırılır.
Qeyd edək ki, Razmik Unanyan 2014-cü il Avropa çempionatında bürünc medal qazanıb. O, gənclər arasında qitə birinciliyində qızıl, Rusiya çempionatında isə gümüş medal əldə edib.