Erməniyə qalib gələn güləşçimiz finala yüksəldi
Ötən gün güləş üzrə Fərdi Dünya Kuboku başlayıb.
Sportline.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən ilk yarış günündə 55, 67, 72, 77 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparıb.
55 kq-da yarışan Eldəniz Əzizli ilk görüşdə yerli güləşçiy 1 dəqiqə 40 saniyəyə qalib gəlib. Təcrübəli güləşçimiz növbəti qarşılaşmasında Rusiya idmançısına uduzub. Rəqib finala yüksəldiyi üçün Əzizli dekabrın 13-də təsəlliverici görüşə çıxacaq.
İslambek Dadov (67 kq) təsnifat mərhələsində İtaliya təmsilçisini cəmi 29 saniyəyə udub. Peru güləşçisini də vaxtından əvvəl üstələyən yığmamızın üzvü adını 1/4 finala yazdırıb. Bu mərhələdə prinsipial qarşılaşmaya çıxan güləşçimiz Ermənistan təmsilçisinə qalib gələrək yarımfinala yüksəlib. Nu mərhələdə ukraynalı həmkarına qalib gələn İslambek Fərdi Dünya Kubokunun finalına vəsiqə qazanıb. O, finalda rusiyalı Nazir Abdullayevlə üz-üzə gələcək.
Ülvü Qənizadə (72 kq) debütdə Fransa, Sənan Süleymanov (77 kq) Almaniya, İslam Abbasov (87 kq) isə Əlcəzair güləşçisinə məğlub olub.
Qeyd edək ki, bu çəkilərdə medallar uğrunda qarşılaşmalar dekabrın 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (Serbiya) - 9:0
1/4 final: Eldəniz Əzizli - Emin Seferşayev (Rusiya) - 1:9
Təsəlliverici görüş: Eldəniz Əzizli - Rudik Mkrtçyan (Ermənistan)
67 kq
Təsnifat: İslambek Dadov – Ruben Marvike (İtaliya) - 9:0
1/8 final: İslambek Dadov - Nilton Qarsiya (Peru) - 9:0
1/4 final: İslambek Dadov - Slavik Qalstyan (Ermənistan) - 7:4
1/2 final: İslambek Dadov - Artur Politayev (Ukrayna) - 8:2
FİNAL: İslambek Dadov - Nazir Abdullayev (Rusiya)