Federerdən Nadalın qərarına maraqlı reaksiya

Dünya tennisinin daha bir əfsanəsi Roje Federer Rafael Nadalın karyerasını bitirəcəyi ilə bağlı qərarına münasibətini bildirib.

Sportline.az xəbər verir ki, "Böyük dəbilqə" turnirlərinin 20 qat qalibi fikrini belə izah edib: "Karyerana söz ola bilməz, Rafa! Həmişə ümid edirdim ki, bu gün heç vaxt gəlib-çatmayacaq. Unudulmaz xatirələrə və qazandığın uğurlara görə çox sağ ol. Səninlə həmkar olduğumdan qürur duyuram!".

Qeyd edək ki, 38 yaşlı Nadal Devis Kubokunun finalından sonra karyerasını bitirəcəyini elan edib.

İspaniyalı tennisçi karyerası ərzində 22 dəfə "Böyük dəbilqə" seriyalı turnirlərin baş mükafatına layiq görülüb.