Güləşçilərimiz Avropa çempionatına Xaçmazda hazırlaşırlar

Yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə seçmələrimiz Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.

Sportline.az xəbər verir ki, sərbəst güləşçilər böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Abil İbrahimov və Yaşar Əliyevin, yunan-Roma güləşçilərimiz isə böyük məşqçi Taleh İsrafilov və məşqçi Nazim Əhmədovun rəhbərliyi altında mayın 17-dən şimal bölgəsində hazırlığı davam etdirir. Millilərimiz həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirirlər.

Qeyd edək ki, mayın 29-adək davam edəcək toplanış iyunda İtaliyada Avropa çempionatına və iyulda ölkəmizdə Avropa gənclərinin Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.