Güləşçilərimiz Avropa çempionatında ikinci oldular

İtaliyanın Faenza şəhərində, yeniyetmələr arasında Avropa birinciliyində yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Sportline.az xəbər verir ki, qitə birinciliyində uğurla çıxış edən seçməmiz 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq, 135 xalla Avropa ikincisi olub. Komandamız yalnız 178 xalla Avropa çempionu olan Rusiyadan geri qalıb. Üçüncü yeri isə 117 xal toplayan Gürcüstan tutub.

Xatırladaq ki, idmançılarımızdan Fərid Sadıqlı (45 kq), Məlik Əliyev (48 kq) və Nihat Məmmədli (55 kq) Avropa çempionu adına layiq görülüb. Laçın Vəliyev (92 kq) gümüş, Xasay Həsənli (65 kq) ilə  Allahverdi Əliyev (71 kq) isə bürünc medala sahib olublar.