Güləşçilərimiz daha bir sınaq qarşısında

Yunan-Roma güləşçilərimiz sabah Ukraynaya yola düşəcək.

Sportline.az xəbər verir ki, mayın 10-dan 12-ədək bu ölkənin paytaxtı Kiyevdə beynəlxalq turnir keçiriləcək.

Ənənəvi yarışda baş məşqçi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Sakit Quliyev, Murad Bazarov (hər ikisi 60 kq), Kərim Cəfərov, Elman Muxtarov, Nofəl Babayev (hamısı 67 kq), Sənan Süleymanov (72 kq), Həsən Əliyev (77 kq) və Zamir Məhəmmədov (97 kq) mübarizə aparacaq.

Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Natiq Hacıyev ədaləti qoruyacaq.