Güləşçilərimiz də "Evdə qal" dedi
Bütün dünyada yayılmış Covid-19 virusunun ölkəmizdə daha çox insana yoluxmasının qarşısını almaq üçün Azərbaycanda ciddi tədbirlər görülür.
Sportline.az xəbər verir ki, pandemiyanı önləmək məqsədi ilə ciddi karantin rejimi elan edilib. Bu günləri evdə keçirmək təhlükəsizliyimiz üçün vacibdir.
Bununla bağlı ölkə ictimaiyyətinin tanınmış simaları "evdə qal, sağlam qal" kampaniyasına start verib. Bu aksiyaya güləşçilər də qoşulub.