Güləşçilərimiz dünya çempionatına hazırlaşırlar

Sentyabrın 14-dən 22-ədək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. Yunan-Roma güləşi üzrə millimiz dünya çempionatına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır.

Sportline.az xəbər verir ki, avqustun 12-də start götürən təlim-məşq toplanışında Qırğızıstan seçməsi də iştirak edir. Komandalar ümumi fiziki hazırlıqla yanaşı, xalça üzərində taktiki-texniki çalışmaları da icra edirlər.

Qeyd edək ki, hazırlıq prosesi avqustun 30-dək davam edəcək. Millimiz son hazırlığını Bakıda keçəcək.