Güləşçilərimiz Dünya çempionatına yollanıblar

Tanınmış pəhləvanlarımız - Hacı Əliyev, Cəbrayıl Həsənov və Eldəniz Əzizli İranda keçiriləcək klublararası dünya çempionatında iştirak edəcəklər.

Sportline.az xəbər verir ki, təcrübəli güləşçilər mundiala heyətində güləşdikləri klublarla qatılacaqlar.

Yarış İranın Bocnurd şəhərində təşkil olunacaq.