Güləşçilərimiz dünya çempionatının finalında
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 82 kq-da yarışan idmançı finala vəsiqə uğrunda rusiyalı Adlan Akiyevlə üz-üzə gəlib.
Qarşılaşmadan 2:0 hesabı ilə qalib ayrılan Tokio olimpiadasının bürünc medalçısı həlledici raunda yüksəlib. Hüseynov finalda türkiyəli Burhan Akbudakla qüvvəsini sınayacaq.
77 kq-da çıxış edən Sənan Süleymanov idmançı yarımfinalda belaruslu Timur Berdıyevə 5:4 hesabı ilə qalib gəlib.
Onun həlledici qarşılaşmadakı rəqibi Rusiya təmsilçisi Roman Vlasov olacaq.