Güləşçilərimiz küçədə məşq ediblər
Dünya və Avropa çempionatlarının dəfələrlə qalibi, Olimpiya Oyunlarında bürünc medal qazanmış yunan-Roma güləşçisi Rəsul Çunayev Bakı küçələrindən birində məşq edib.
Sportline.az verir ki, güləşçi məşqdən görüntüləri özünün "Instagram" səhifəsində yerləşdirib.
Dünya Güləş Birliyinin (UWW) jurnalisti Nazerke Sultanbek (Qazaxıstan) şərh bölməsində Çunayevdən nə üçün belə gediş-gəlişin çox olduğu küçəni seçdiyini soruşub. "Çünki artıq zalda alınmır, küçədə yoxlayırıq. Birdən lazım olar", - deyə Rəsul cavab verib.
Bu ilin sentyabrında Nur-Sultanda (Qazaxıstan) keçirilən lisenziyalı dünya çempionatında Çunayevin çıxışı uğursuz alınmışdı. 2020-ci ilin ilk yarısında o, daha iki lisenziyalı yarışda çıxış etməlidir. (sportinfo.az)