Güləşçilərimiz üçün ilin ilk yarışı

Azərbaycan güləşçilərinin 2021-ci ildə qatılacağı ilk yarış məlum olub.

Sportline.az xəbər verir ki, komandamızın 15 - 17 yanvarda Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirakı nəzərdə tutulur.

Yarış pandemiya səbəbindən təxirə salınmasa, güləşçilər ilk olaraq bu turnirdə qüvvələrini sınayacaqlar.

Azərbaycan güləşçiləri 16-17 yanvarda Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-priyə qatılmayacaq. Federasiyadan bildirilib ki, buna səbəb Nitsadakı yarışın daha nüfuzlu olmasıdır: "Xorvatiyadakı yarışda yalnız yunan-Roma güləşçiləri mübarizə aparacaq. Fransada isə güləşin hər üç növündə qaliblər müəyyənləşəcək. Bu yarışda bir çox ölkənin iştirakı da planlaşdırılır".