Güləşçilərimiz "Victory Cup" turnirinə 3 medalla başlayıblar

Aprelin 11-də Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında "Victory Cup" turniri start götürüb.

Sportline.az xəbər verir ki, yarışda ilk medalçılar müəyyənləşib. Yunan-Roma güləşçimiz Nihad Məmmədli (55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sərbəst güləşçilərimizdən Riad Aslanov gümüş, Zirəddin Bayramov (hər ikisi 55 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, turnirə aprelin 14-də yekun vurulacaq.