Güləşçilərimizin Minsk toplanışı davam edir
Yunan-Roma güləşi üzrə millimiz Belarusda təlim-məşq toplanışını davam etdirir.
Sportline.az xəbər verir ki, Minskin “Stayki” Olimpiya Mərkəzində keçirilən hazırlıq prosesində Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistan yığmaları iştirak edir.
Fevralın 8-dən 25-dək davam edəcək toplanışda həm taktiki-texniki, həm də fiziki hazırlığın yüksəldilməsi istiqamətində çalışmalar həyata keçirilir.
Toplanış martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Hazırlıq prosesində baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev, Zamir Məhəmmədov (97 kq), Beka Kandelaki və Sabah Şəriəti (+130 kq) iştirak edir.