Güləşçimiz Dünya çempionatının mükafatçısı oldu
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Serbiyanın paytaxtı Belqradda davam edən Fərdi Dünya Kubokunda bürünc medal görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 130 kq-da mübarizə aparan idmançı polşalı Rafal Krayevski ilə qarşılaşıb.
Rəqibinə 9:0 hesabı ilə qalib gələn Kandelaki seçmə komandamıza növbəti medalı qazandırıb.
63 kq çəki dərəcəsində Taleh Məmmədov Qırğızıstan təmsilçisi Kali Süleymanova 6:7 hesabı ilə uduzaraq, bürünc medal şansını əldən verib.
Qadınların mübarizəsində isə Tatyana Omelçenko 1/4 finalda rusiyalı Lyubov Ovçarovaya məğlub olmaqla, turnirdəki çıxışını başa vurub.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.