Güləşçimizin erməni rəqibi üzərində qələbəsi

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.
 
Sportline.az xəbər verir ki, yarışın 5-ci günündə mübarizəyə başlayan sərbəst güləşçilərimizdən Ağahüseyn Mustafayev (70 kq) ilk görüşdə Ermənistan təmsilçisi Gevorq Mxeyanla qarşılaşıb.
 
0:8 hesabı ilə geri düşən güləşçimiz görüşü 15:8 hesablı qələbə ilə başa vurub.
 
Qeyd edək ki,  Ağahüseyn Mustafayev Azərbaycan ordusunun baş leytenantı, Mərkəzi Ordu İdman Klubunun üzvüdür.