Güləşçimiz ermənini məğlub etdi

Azərbaycan yunan-Roma güləşçisi İslambek Dadov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində Polşanı təmsil edən erməni əsilli Gevorq Sahakyanla üz-üzə gəlib.

Sportline.az xəbər verir ki, 67 kq çəki dərəcəsindəki qarşılaşma 1/8 finala təsadüf edib. Görüş Dadovun qələbəsi ilə yekunlaşıb - 4:1.