Güləşçimizdən bürünc medal

Dağıstanın Kaspiysk şəhərində Əli Əliyevin xatirəsinə həsr edilən sərbəst güləş turniri keçirilir.

Sportline.az xəbər verir ki, 50-ci dəfə təşkil olunan memorial mayın 1-də start götürüb. Yarışın 2-ci günündə Nurməhəmməd Hacıyev (97 kq) fəxri kürsüyə qalxıb. Avropa çempionatının bürünc medalçısı üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslanbek Alborova qalib gəlib.

Qeyd edək ki, ənənəvi turnirə sabah yekun vurulacaq.

Banner