Hacı Əliyev finalda uduzdu, digər güləşçimiz qızıl medaldan imtina etdi
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində final görüşünə çıxıb.
Sportline.az xəbər verir ki, 65 kq-dakı idmançımız finalda Ermənistan təmsilçisi Vazgen Tevanyana məğlub olaraq gümüş medalla kifayətlənib.
74 kq-da mübarizə aparan Hacımurad Hacıyev tatamiyə çıxmaqdan imtina etdiyi üçün 2-ci yerlə kifayətlənib.Onun hansı səbəbdən güləşmək istəmədiyi bilinmir.
Əliyev və Hacıyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.