Hacı Əliyev lisenziya qazana bilmədi

Qazaxıstan paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, sərbəst güləşçimiz Hacı Əliyev bu gün növbəti təsəlliverici görüşünə çıxıb. 

65 kq çəki dərəcəsində yarışan pəhləvanımızın rəqibi yaponiyalı dünya çempionu Takuto Otoquro olub. İlk yarıda Otoquro 4:2 hesabı ilə önə çıxıb. 

Fasilədən sonra azərbaycanlı 3 qat dünya və 3 qat Avropa çempionu fərqi aradan qaldıra bilməyib. O, 9:11 hesabı ilə uduzaraq, lisenziya və medalsız qalıb.