Hacı Əliyev virtual yarışda

Dünya Güləş Birliyinin (UWW) instagram səhifəsi dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış keçirir.

Sportline.az xəbər verir ki, sonda ən çox səs toplayan güləşçi qalib olacaq.

Yarışa Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin də adı salınıb. 29 yaşlı idmançı 1/8 finalda Gürcüstanın 125 kq-da dünya çempionu Geno Petriaşvilini məğlub edib. 

Onun 1/4 finaldakı rəqibi isə İtaliyanın dünya çempionu Frank Çamizodur.