Hacı Əliyevdən qızıl medal

Azərbaycan güləşçisi Hacı Əliyev  “Minsk 2019” II Avropa Oyunlarında bu gün qızıl medal uğrunda həlledici görüşə çıxıb.

Sportline.az xəbər verir ki, komandamızın liderlərindən biri - 3 qat dünya və 3 qat Avropa çempionu (65 kq) finalda Vladimir Xinceqaşvili (Gürcüstan)  ilə üz-üzə gəlib. O, həlledici görüşdə rəqibini 10:2 hesabı ilə məğlub edərək Avropa Oyunlarının qalibi olub. 

Qeyd edək ki, o, bu mərhələyədək  Valodya Franqulyan (Ermənistan), George Koliyev (Belarus) və Xor Oqannesyana (Ukrayna) qalib gəlib.