İcraiyyə Komitəsi qərar qəbul edə bilmədi

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq, bu dəfə də tədbir onlayn formatda təşkil olunub.

UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyevin də iştirak etdiyi konfransın əsas mövzusu dekabrda Serbiyada keçirilməsi planlaşdırılan dünya çempionatı olub.

Ancaq geniş müzakirələrdən sonra konkret qərar qəbul etmək mümkün olmayıb. Bu səbəbdən qərara gəlinib ki, noyabrın 10-da baş tutacaq növbəti iclasda yarışın taleyinə aydınlıq gətirilsin.

İcraiyyə Komitəsi konkret qərar qəbul edə bilmədi