İdmançımız finalda uduzdu

Azərbaycanın sərbəst güləşçisi Əhmədnəbi Qvarzatilov Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki,61 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Abashacı Məhəmmədovla üz-üzə gəlib.

Rəqibinə 1:5 hesabı ilə uduzan Qvarzatilov gümüş medalla kifayətlənib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.