İngiltərə millisində problem

İngiltərə millisinin Dünya Çempionatında sağ cinah müdafiəçisi problemi gündəmdədir.

Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, komandanın bu mövqedəki əsas seçimləri bir-bir sıradan çıxıb:

Tino Livramento – zədəlidir

Riss Ceyms – zədəlidir

Yarell Quansah – zədələnərək heyətdən kənarda qalıb

Trent Aleksandır-Arnold – ümumiyyətlə Dünya çempionatı heyətinə çağırılmayıb

Beləliklə, baş məşqçi Tomas Tuxel sağ cinah müdafiəsində ciddi seçim problemi ilə üz-üzə qalıb. İngiltərə millisində bu mövqedə yaşanan oyunçu çatışmazlığı Dünya çempionatının həlledici mərhələləri öncəsi böyük narahatlıq doğurur. 

Qeyd edək ki, İngiltərə millisi 1/16 finala vəsiqəni təmin edib. Onlar bu mərhələdə Konqo millisiylə qarşılaşacaq.

Banner