İspaniya millisində Lamin Yamalın 17-ci yaş günü qeyd olundu
İspaniya millisinin və "Barselona"nın vingeri Lamin Yamal bu gün, iyulun 13-də ad gününü qeyd edir.Futbolçunun 17 yaşlı tamam oldu.
Sportline.az xəbər verir ki, İspaniya millisinin rəsmi "Youtube" kanalı futbolçuların alqışları altında Yamalın ad günü tortunun gətirildiyi video yayımlayıb.
Bundan əvvəl Lamin Yamal Avropa Çempionatları tarixində qol vuran ən gənc futbolçu olub. Oyunçu Avro 2024-də iştirak etdiyi 6 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, İspaniya millisi Avro 2024-ün finalında İngiltərə ilə qarşılaşacaq.Görüş iyulun 14-də Berlində keçiriləcək.