Komandamız Dünya çempionatında mübarizəyə başlayır

Yunan-Roma güləşi üzrə Azərbaycan seçməsi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokuna mübarizəyə başlayır.

Sportline.az xəbər verir ki, komandamız güləşin bu növündə 8 idmançı ilə təmsil olunur.

Bunlar Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli 60 (kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelakidir (130 kq).

55 kq
1/8 final: Eldəniz Əzizli – Sebastyan Kolompar (Serbiya)

60 kq
1/8 final: Nihat Məmmədli – Viktor Çiobanu (Moldova)

63 kq
1/8 final: Taleh Məmmədov – Aleksey Masik (Ukrayna)

67 kq
Təsnifat: İslambek Dadov – Ruben Marvike (İtaliya)

72 kq
1/8 final: Ülvü Qənizadə - İbrahim Qanem (Fransa)

77 kq
Təsnifat: Sənan Süleymanov – Paskal Eysele (Almaniya)

87 kq
1/8 final: İslam Abbasov – Bəşir Sid Azara (Əlcəzair)

130 kq
1/8 final: Beka Kandelaki – Alin Kiurariu (Rumıniya)

Qeyd edək ki, Fərdi Dünya Kubokunda I-S kateqoriyalı hakim Asif Şirəliyev ədaləti qoruyacaq. Yarışa dekabrın 18-də yekun vurulacaq.