Komandamız hazırlığa başladı

Yunan-Roma güləşi üzrə seçmə komandamız Göygöldə növbəti təlim-məşq toplanışına start verib.

Sportline.az xəbər verir ki, iyulun 14-dən Göygöl Olimpiya İdman Kompleksində hazırlıq prosesinə start verən millimiz geniş heyətlə toplanışda iştirak edir.

Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynli, eləcə də gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında 30-a yaxın güləşçi Göygöl hazırlığına cəlb olunub.

Heyətdə böyüklərlə yanaşı, bir neçə gənc güləşçi də yer alıb. Komandamız iyulun 31-dək davam edəcək təlim-məşq toplanışında əsasən fiziki hazırlıq üzərində çalışacaq.