Könül Mikayılova: "Əsas hədəfimiz Avropa birincilikləridir"

"Bu il ərzində idmançılarımız bir sıra beynəlxalq yarışlarda uğurlu nəticələr göstəriblər. Qarşıda da bizi mühüm yarışlar gözləyir. Əsas hədəfimiz təbii ki qitə birincilikləridir".

Bunu Sportline.az saytına açıqlamasında Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) baş katibi Könül Mikayılova deyib:

"İyun ayında Xorvatiyada 13 yaşadək idmançıların, iyul ayında isə Polşada yeniyetmə və gənclərin Avropa çempionatına qatılacağıq. Bundan əlavə ölkədaxili yarışlar keçiriləcək. İlin sonunadək müxtəlif beynəlxalq turnirlərdə də iştirak edəcəyik. Ötən ildən qarşıdakı Avropa birinciliklərinə hazırlaşırıq. Hazırda seçmə komandamızın üzvü Onur Quluzadə Çində təlim məşq toplanışındadır. İyulda isə idmançılarımız Çexiyanın Havirov şəhərində yeniyetmə və gənclər üçün beynəlxalq təlim məşq toplanışına qatılacaqlar. Ümid edirik ki, komandamız qarşıdakı məsul yarışlarda etimadı layiqincə doğruldacaq".