Lisenziya turniri: Güləşçilərimizin ilk rəqibləri bəlli oldu
Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub.
Sportline.az xəbər verir ki, bu gün bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib.
Yarışın proqramına əsasən martın 18 - 19-da sərbəst, 19 - 20-də qadın, 20 - 21-də isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.
Sərbəst güləş
Kişilər
57 kq
1/8 final: İslam Bazarqanov - Niklas Steşele (Almaniya)
65 kq
1/8 final: Hacı Əliyev - George Ramm (Böyük Britaniya)
74 kq
1/8 final: Hacımurad Hacıyev - Andre Afa (Fransa)
86 kq
1/8 final: Abubakr Abakarov - İştvan Vereb (Macarıstan)
125 kq
1/4 final: Camaləddin Məhəmmədov - Tapani Heyno (Finlandiya)
Qadınlar
53 kq
1/8 final: Leyla Qurbanova - Timea Şeker (Macarıstan)
57 kq
1/8 final: Alyona Kolesnik - Evelina Nikolova (Bolqarıstan)
62 kq
1/4 final: Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) / Sara Da Kol (İtaliya)
68 kq
1/8 final: Elis Manolova - İlana Kratiş (İsrail)
76 kq
1/8 final: Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya)
Yunan-Roma güləşi
60 kq
1/8 final: Murad Məmmədov - Justas Petraviçyus (Litva)
67 kq
Təsnifat: İslambek Dadov - Mihay Mihut (Rumıniya)
77 kq
1/8 final: Sənan Süleymanov - Aleksandrin Qutu (Moldova)
87 kq
1/8 final: İslam Abbasov - Şimon Şimonoviç (Polşa) / Daniel Aleksandrov (Bolqarıstan)
97 kq
1/8 final: Murad Lokyayev - Laokratis Kesidis (Yunanıstan)
130 kq
1/8 final: Beka Kandelaki - Aleksandros Papadatos (Yunanıstan)
Qeyd edək ki, yarış sabah Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Yarımfinallar isə 21:00-da başlayacaq. Hər çəkidə finala vəsiqə qazananlar həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.
Məsul yarışda I-S kateqoriyalı hakim Asif Şirəliyev də ədaləti qoruyacaq.