"Makqreqor Çendlerə qalib gələcək"

Məşhur UFC döyüşçüsü Konor Makqreqorla Maykl Çendlerin döyüşü böyük maraqla gözlənilir.

Sportline.az xəbər verir ki, bu görüşlə bağlı fərqli fikirlər səsləndirilməkdədir.

Bəziləri Konorun qələbəsinə inansa da, Çendlerin uğurunu proqnozlaşdıranlar da az deyil.

"Hardcore FC"-nin ortayüngül çəkili çempionu Timur Musayev sözügedən qarşılaşmada irlandiyalının imkanlarını yüksək qiymətləndirir.

"Konorun dönüşünün özü artıq maraqlıdır. O, hədsiz varlı insandır. Ona görə də, motivasiyasının hansı səviyyədə olacağını deyə bilmərəm. Bununla belə Çendlerə nokautla qalib gələcəyini düşünürəm", - deyə Musayev championat.com-a açıqlamasında bildirib.

Qeyd edək ki, Makqreqorla Çendlerin iyunun 30-da Las-Veqasda üz-üzə gələcəyi gözlənilir.