Mariya Stadnik ikiqat dünya çempionu oldu

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində güləş üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün qızıl medala əsas namizədlərdən sayılan Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.

Rumıniyalı Emilia Alina Vuçla qarşılaşma, güləşçimizin inamlı qələbəsi ilə yekunlaşıb - 13:0.

Seçmə komandamızın lideri, bu nəticə ilə ikiqat dünya çempionu adına yiyələnib.

Xatırladaq ki, Stadnik ilk dəfə 2009-cu ildə dünya çempionu olmuşdu.