Mariya Stadnik qızıl medal qazandı

Azərbaycan qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.

Sportline.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya Oyunlarının üçqat mükafatçısı, dünya və yeddiqat Avropa çempionu final görüşündə Oksana Livaçla (Ukrayna) üz-üzə gəlib və 7:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Bundan əvvəl sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal qazanıb.