Millinin heyəti açıqlandı

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında səfərə 8 pəhləvan yollanacaq.

Azərbaycanı Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcək.

Güləşin bu növü üzrə püşkatma mərasimi 22 apreldə, yarışlar isə 23 - 25 apreldə keçiriləcək.