Olimpiya çempionumuzun rəqibi bilindi

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

Sportline.az xəbər verir ki, sabah sərbəst güləş üzrə 61, 79, 86 və 97 kq-da mübarizə başlanacaq.

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və olimpiya çempionumuz Şərif Şərifovla yanaşı daha 3 güləşçimizin rəqibi müəyyənləşib.

 

61 kq

1/8 final - Əhmədnəbi Qvarzatilov - Yovlis Bonne Rodriger (Kuba)

79 kq

1/8 final - Cəbrayıl Həsənov - Andrey Sokalski (Polşa) / Dmitri Tkaçenko (Ukrayna)

86 kq

Təsnifat - Aleksandr Qostiyev - Cavrail Şapiyev (Özbəkistan)

97 kq

Təsnifat - Şərif Şərifov - Minvon Seo (Koreya)