Orxan Nuriyev erməni rəqibini məğlub etdi

uminiyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

Sportline.az xəbər verir ki, 97 kq çəki dərəcəsində mübarizə aparan Yunan - Roma güləşçimiz Orxan Nuriyev 1/8 finalda Artur Şahinyandan üstün olaraq 1/4 finala yüksəlib.

Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal gümüş mekafatçı Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib. Yunan-Roma güləşçilərindən finala yüksələn İslam Bayramov (87 kq) isə Maksim Manukyanı üstələyib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq) və Rafiq Hüseynov mübarizəyə qoşulub.